OMBUDSMANLARIN BEYNƏLXALQ BAKI FORUMUNUN İŞTİRAKÇILARI AĞDAMDA MİNALARIN ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ PROSESİNİ İZLƏYİBLƏR

Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ağdam rayonunun Sarıcalı kəndində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Səfər iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan minatəmizləmə işləri barədə məlumat verilib.

Eyni zamanda, iştirakçılara otuz ilə yaxın işğal müddətində qadınlar və uşaqlar da daxil olmaqla minlərlə şəxsin mina qurbanına çevrildiyi bildirilib, basdırılmış minaların regionda həyata keçirilən tikinti və bərpa prosesinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə yaratdığı diqqətə çatdırılıb.