Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında Ombudsman Aparatında bələdiyyə seçkiləri zamanı operativ məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə İşçi Qrupu yaradılıb.
Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının əməkdaşları bələdiyyə seçkilərində müşahidəçi qismində seçki məntəqələrində özlərinin təşəbbüsü ilə müstəqil şəkildə müşahidə aparacaqlar. Hər bir müşahidəçinin yerlərdə apardığı müşahidənin nəticələri ilə bağlı məlumat hər saatdan bir Ombudsmana təqdim ediləcək və zərurət yarandığı təqdirdə, hüquqların təmini istiqamətində MSK ilə birgə müvafiq tədbirlər həyata keçiriləcək.