OMBUDSMANIN ŞİMAL REGİONAL MƏRKƏZİ TƏRƏFİNDƏN “VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQUNUN TƏMİNİ” MÖVZUSUNDA MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRİLİB

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzi tərəfindən Quba və Qusarda Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib.

Rayon gənclərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Regional Mərkəzin rəhbəri B.Əfəndiyev Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müddəaları, səsvermə prosesinin təşkili, müşahidəçilərin hüquq və vəzifələri, seçki komissiyaları üzvlərinin funksiyaları, seçicilərin hüquqları və digər məsələlər barədə məlumat verib, seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Ombudsman Aparatı tərəfindən silsilə tədbirlərin həyata keçirildiyini bildirib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.