Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi ilə əlaqədar poçt markası istifadəyə verilib.
Azərbaycan Reapublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda keçirilən konfransda poçt markasını tədbir iştirakçılarına, xarici ölkə ombudsmanlarına, beynəlxalq ekspertlərə və xarici ombudsmanların nümayəndələrinə təqdim edib.