OMBUDSMAN: SEÇKİ HÜQUQUNUN TƏMİNİ MÖVZUSUNDA TƏLİM VƏ TRENİNQLƏR DAVAM EDƏCƏK

Azərbaycan Respublikasının Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı fəaliyyət planı tərtib edib. Fəaliyyət planı çərçivəsində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

“Bakıdan başlayaraq Gəncə, Şəki, Quba və Naxçıvanda vətəndaşların seçki hüququnun təmini mövzusunda təlim və treninqlər təşkil olunub. Yaxın günlərdə həmin fəaliyyət davam etdiriləcək”, – deyə S.Əliyeva bildirib.