OMBUDSMAN MƏZUNİYYƏTƏ ÇIXDIĞI VAXT İKİ AYLIQ ƏMƏK HAQQI MƏBLƏĞİNDƏ PUL TƏMİNATI ALMAYACAQ

İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) məzuniyyətə çıxdığı vaxt müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı verilməyəcək.

Bu, Prezident İlham Əliyev bu gün imzaladığı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunda deyilir.

Sənədə əsasən, sözügedən qanunun həmin pul təminatını nəzərdə tutan 16.6-cı maddəsi ləğv edilib.

Bununla belə, ombudsmanın vəzifə maaşı 2 230 manatdan 3 060 manata qaldırılıb.

Bu Konstitusiya Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.