OMAN MƏTBUATINDA XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN FORUMU HAQQINDA MƏQALƏ DƏRC OLUNUB

Oman Sultanlığında geniş oxucu kütləsinə malik olan Omanobserver.om saytında Bakıda baş tutan Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu haqqında məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə keçirilən Forumun Omandan olan iştirakçısı, “Royal Conservatory of Music and Art”ın həmtəsisçisi Dr. Səidə Xəlilovanın tədbirlə bağlı təəssüratları məqalədə əks olunub.

Qeyd edilib ki, Forumun əsas məqsədi Azərbaycanın təhsil sektorunun inkişafı üzrə potensial təşəbbüslərin öyrənilməsi üçün aparıcı elm adamlarını bir araya gətirmək, eyni zamanda xaricdə yaşayan alim və akademiklər, təhsil alan tələbələr arasında əlaqələri gücləndirməkdir.

Sentyabrın 9-dan başlayaraq 3 gün davam edən Forum çərçivəsində alimlərin Azərbaycanın işğaldan azad olunmuş şəhərlərinə səfərləri xüsusi vurğulanıb. Yeni fəaliyyətə başlamış Qarabağ Universiteti ilə gələcək əməkdaşlığın persperktivləri də məqalədə şərh olunub.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.omanobserver.om/article/1159155/oman/scholar-from-oman-shines-at-living-abroad-forum