
Ermənistan Azərbaycana qarşı olan təcəvüzkar mövqeyinə son qoymalıdır.
TurkicWorld-ün məlumatına görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik bildirib.
O qeyd edib ki, Türkiyə Prezidentinin and içmə mərasiminə Ermənistan Baş nazirinin dəvət edilməsi münasibətlərin normallaşmasına töhfə verə bilər.
“Türkiyə Cənubi Qafqazda sülhün və istiqrarın olmasını arzu edir”, – deyə Ömər Çelik əlavə edib.
