ÖLKƏMİZİN BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏKİ SƏFİRİ RAS ƏL-XEYMƏ ƏMİRLİYİNİN HAKİMİ İLƏ GÖRÜŞÜB

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elçin Bağırov Ras Əl-Xeymə Əmirliyinin hakimi və Ali Federasiya Şurasının üzvü Şeyx Səud bin Saqr Al Qasimi ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin bütün sahələrdə inkişafından və qarşılıqlı əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.