ÖLKƏDƏ 3,2 MİLYON TONDAN ÇOX TAXIL ISTEHSAL EDİLİB

Hazırda kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari il dekabr ayının 1-dək dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 98,7 faizi, yaxud 955,2 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 931,2 min ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz az məhsul götürülüb. Orta hesabla hər hektardan 30,7 sentner məhsul toplanıb.

Bundan əlavə, 33,6 min hektar qarğıdalı sahəsindən 290,7 min ton məhsul yığılılıb, hər hektardan orta hesabla 86,4 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 221,9 min ton olub.