
Milli Hidrometeorologiya Xidmətinin mayın 21-i saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
Xidmətdən verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Naftalanda 28, Goranboyda 27, Mingəçevirdə 26, Bərdədə 22, Şahdağda 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Şabranda 19, Sabirabadda 17, Gəncə və Xaçmazda 16, Şəkidə 15 metrədək güclənib.
Ölkə ərazisində küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.