ÖLKƏ ƏRAZİSİNDƏ GECƏ VƏ SƏHƏR BƏZİ YERLƏRDƏ DUMAN OLACAQ

Azərbaycanda noyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14°, gündüz 15-17° isti, Bakıda gecə 12-14° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11°, gündüz 16-21° isti, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacaq.