ÖLKƏ ƏHALİSİNİN SAYI 10 MİLYON 210 MİN 818 NƏFƏRƏ ÇATIB

İlin əvvəlindən ölkə əhalisinin sayı 54 min 452 nəfər və ya 0,5 faiz artaraq noyabr ayının 1-i vəziyyətinə 10 milyon 210 min 818 nəfərə çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini isə kənd sakinləri təşkil edib. Kişilərlə qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.