OKLAHOMA ŞTATININ QUBERNATORU VƏ AİLƏSİ BAKININ ƏN GÖRMƏLİ YERLƏRİNİ GƏZİBLƏR

Oklahoma ştatının qubernatoru Kevin Stitt və ailəsi bu həftə Bakının ən görməli yerlərini gəziblər.

Onlar Heydər Əliyev Mərkəzini gəzdikdən sonra İçərişəhərdə Qız qalasını və Şirvanşahlar Sarayını ziyarət ediblər.

Qubernator Stitt Bakıda gəzməkdən zövq aldığını, Oklahoma ştatının əhalisinə Bakının nə qədər gözəl yer olduğunu söyləmək üçün səbirsizliklə gözlədiyini və gələcəkdə daha çox Oklahoma turistinin küləklər şəhəri istiqamətində səyahət edəcəyinə inandığını söyləyib.