Ermənistan erməni lobbisinin göstərdiyi istiqamətlərdə deyil, Ermənistanda yaşayan erməni xalqının mənafeyinə uyğun şəkildə davranmalıdır.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş dekabrın 7-də İstanbulda Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O 44 günlük Vətən müharibəsindən sonra imzalanan sənədlərin yerinə yetirilməsinin vacibliyini qeyd edib:
“Biz müharibədən sonra imzalanan sənədlərin icra edilməsini arzulayırıq. Bunun üçün də Ermənistan erməni lobbisinin göstərdiyi istiqamətlərdə deyil, Ermənistanda yaşayan erməni xalqının mənafeyinə uyğun şəkildə davranmalı və Cənubi Qafqazda sülhə töhfə verməlidir. Çünki Fransa, ABŞ və başqa yerlərdəki erməni lobbilərinin “havası” başqadır, Ermənistan reallığı isə başqadır”, – deyə o vurğulayıb.