NOYABRIN 16-SI AXŞAMDAN 17-Sİ GÜNDÜZƏDƏK HAVA ŞƏRAİTİ YAĞINTILI OLACAQ

Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si gündüzədək hava şəraitinin respublikanın bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.