NÖVBƏTİ KÖÇ KARVANLARI XOCAVƏND ŞƏHƏRİ, QIRMIZI BAZAR QƏSƏBƏSİ VƏ XOCAVƏND KƏNDİNƏ ÇATIB

Növbəti köç karvanları Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatıb.

Bu mərhələdə Xocavənd şəhərinə 24 nəfərdən ibarət 6 ailə, Xocavənd kəndinə 20 nəfərdən ibarət 6 ailə, Qırmızı Bazar qəsəbəsinə isə 24 nəfərdən ibarət 6 ailə köçürülüb.

Sakinlərə evlərinin açarları təqdim olunub.

Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər dövlət tərəfindən yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək, uzun illərdən sonra ata-baba torpaqlarına qovuşmağın sevincini yaşadıqlarını bildiriblər. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdış proqramının uğurla icra olunduğunu göstərir.