NORVEÇDƏ TƏYYARƏ QƏZAYA UĞRAYIB, ÖLƏNLƏR VAR

Norveçin cənubundakı Larvik şəhəri yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Qəza zamanı təyyarədə üç nəfər olub. Onların həlak olduğu bildirilib.

Qeyd olunur ki, hazırda təyyarənin qalıqlarının və şəxslərin axtarışları aparılır.

Qəzanın təlim uçuşu zamanı baş verdiyi məlumat verilib.