NORVEÇDƏ SON 30 İLİN ƏN ŞİDDƏTLİ FIRTINASI BAŞ VERİB

Norveçdə son 30 ilin ən şiddətli fırtınası baş verib, ölkədə elektrik enerjisinə məhdudiyyətlər tətbiq edilib.

“National Post” xəbər verir ki, Norveç Meteorologiya İnstitutu şiddətli fırtına ilə əlaqədar Arktika bölgəsi üçün “qırmızı” xəbərdarlıq elan edib.

Norveç polisi açıqlamasında ölkənin ikinci ən sıx şəhəri olan Bergenin şimalında bir avtobusun fırtına səbəbi ilə yoldan çıxdığını qeyd edib.

Bundan əlavə, fırtına səbəbindən bir neçə aeroportun fəaliyyətini müvəqqəti dayandırdığı və bəzi bölgələrdə elektrik enerjisinin kəsildiyi bildirilib.

Yerli mətbuatda bəzi bölgələrdə sürəti saatda 180 kilometrə çatan küləyin son 30 ildə ölkədə müşahidə olunan ən güclü fırtına olduğu yazılır.