Nobel Fondu Rusiya, Belarus və İran səfirlərinin mükafatlandırma mərasiminə dəvətini geri götürüb.
Xarici KİV-lər xəbər verir ki, bu barədə fond bəyanat yayıb.
Qeyd edək ki, Nobel Fondu İsveçin paytaxtı Stokholmda keçiriləcək mükafatlandırma mərasimi ilə bağlı açıqlama vermişdi. Açıqlamaya görə, builki mükafatlandırma mərasiminə ötən il dəvət edilməyən Rusiya, Belarus və İran, eləcə də ifrat sağçı İsveç Demokratlar Partiyasının (SD) lideri Cimmi Akesson dəvət olunmuşdu.