Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Başsağlığı məktubunda deyilir:
“Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Zati-alinizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşür, dəstəyimizi bildiririk, yaralıların isə tezliklə sağalmalarını arzulayırıq.
Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.