NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİ BMT-NIN BAŞ ASSAMBLEYASI ÇƏRÇİVƏSİNDƏ “NİZAMİ GƏNCƏVİ: ŞAİR VƏ MÜDRİK” KİTABININ TƏQDİMATIN KEÇİRİB

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nın Baş Assambleyası çərçivəsində “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatın keçirib.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin Nizami Gəncəvi 880 illiyinin qeyd olunması sərəncamından irəli gələrək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həm-sədri, Dünya Bankının sabiq vitse-prezidenti Dr. İsmayıl Seragəldin tərəfindən Nizami Gəncəvi: Şair və Müdrik kitabı çap olunmuşdur. Kitabda əksini tapan illustraeiyalar dünyanın tanınmış Metropoliten Muzeyi tərəfindən təmin edilmişdir.

Təqdimatda BMT Sivilizasiyalararası Alyansının Ali nümayəndəsi Migel Moratinos, Ərəb Liqasının sabiq Baş Katibi Amre Moussa, İzrailin sabiq xarici işlər naziri Tzipi Livni, Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen Ivanic, Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Grabar Kitaroviç, Bosniya və Herzegovinanın sabiq Baş Naziri Zlatko Lagumdzija, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdilər.