NİKOLAS MADURO PREZİDENT İLHAM ƏLİYEVİ SEÇKİLƏRDƏ QƏLƏBƏSİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar Prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Nikolas Maduro bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan xalqını və onun yenidən seçilmiş Prezident İlham Əliyevi təbrik edirəm. Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqınızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz. Daha yeni zirvələrə doğru irəli! Yaşasın Azərbaycan!”

Maduro Prezident İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib (FOTO)