NİKOL PAŞİNYAN PREZİDENT İLHAM ƏLİYEVLƏ GÖRÜŞMƏYƏ HAZIR OLDUĞUNU BİLDİRİB

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirdi.

Ermənistanın baş naziri Litvada yaşayan erməni icması ilə görüşü zamanı Azərbaycanın azad edilmiş ərazilərində yerləşdirilmiş minaların xəritələrini gətirməyə də hazır olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 2-də İspaniyanın EFE xəbər agentliyinə müsahibəsində Prezident İlham Əliyev Paşinyanla o, hazır olanda istənilən zaman danışıqlar aparmağa hazır olduğunu ifadə edib.