NİKOL PAŞİNYAN: İRƏVAN AZƏRBAYCAN VƏ TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRƏ YENİDƏN BAXMALIDIR

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxmaq və vəziyyəti dəyişmək niyyətindədir.

N.Paşinyan bu barədə Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Ermənistanın Gürcüstan və İran ilə yaxşı münasibətləri var. Lakin İrəvanın Türkiyə və Azərbaycan ilə demək olar ki, heç bir əlaqəsi yoxdur və bunu dəyişdirmək lazımdır.

Paşinyan deyib: “Qonşularla dostluq İrəvanın xarici siyasətinin əsas məqsədidir. Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyətin dəyişdirilməsi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir”.