
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gedib.
Səfərin məqsədi Gürcüstan və Ermənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasında iştirak etməkdir. İclasın sonunda bir sıra sənədlərin imzalanması gözlənilir.
Nikol Paşinyanın gürcü həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüşü də planlaşdırılır.