NİKOL PAŞİNYAN: ERMƏNİSTANIN AZƏRBAYCAN VƏ TÜRKİYƏ İLƏ DÜŞMƏNÇİLİYİNƏ SON QOYULMALIDIR

Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır. Biz, düşmənçilik münasibətlərini sıfra endirməyə nail olmalıyıq.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

Ölkəsinin Gürcüstan və İranla mehriban qonşuluq əlaqələrinin olduğunu vurğulayan Nikol Paşinyan deyib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə də münasibətləri normallaşmalıdır.

“Gürcüstanla və İranla münasibətlərin dərinləşdirilməsi, Azərbaycanla və Türkiyə ilə düşmənçiliyin aradan qaldırılması, regional nəqliyyat əlaqələrinin inkişafı, iqtisadi münasibətlərin qurulması və regional inkişaf rəsmi İrəvanın mövqeyidir”, – deyə N.Paşinyan vurğulayıb.