Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.
TASS xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Komissiyanın tərkibində nazirliklərin və digər strukturların nümayəndələri də yer alacaq.