NİGERİYANIN CƏNUBUNDA ÜZƏN NEFT QURĞUSUNDA PARTLAYIŞ OLUB

Nigeriyada SEPCOL kompaniyasına məxsus üzən neft qurğusunda partlayış baş verib.

“Vanguard” qəzeti xəbər verir ki, insident zamanı üzən qurğuda 10 nəfər olub. Parlayışın ardından güclü yanğın başlayıb. Balıqçılar zərər çəkənlərə yardım etmək istəsələr də, alovun intensivliyi buna imkan verməyib. Həmçinin Amerikanın “Chevron” kompaniyasının və digər neft şirkətinin xilasediciləri də platformaya kömək etməyə çalışıblar.

Hadisə nəticəsində üzən qurğunun ekipaj üzvlərinin və neft hasilatı üzrə layihə komandasının itkin düşdüyü bildirilir. “Bloomberg” agentliyinin məlumatına görə, platformanın göyərtəsində təxminən iki milyon barel neft ola bilər.