NİGERİYADA KƏNDLƏRƏ HÜCUM OLUB, 70-Ə YAXIN SAKİN QƏTLƏ YETİRİLİB

Nigeriyanın Kaduna ştatında silahlı şəxslər bir gecə ərzində dörd kəndə hücum edərək 68 nəfəri qətlə yetirib.

Hücum nəticəsində 63 yaşayış evi yandırılıb.

Bundan başqa, 70-ə yaxın kənd təsərrüfatı sahəsi məhv edilib.

Hücumun kimlər tərəfindən törədildiyi məlum deyil. Hadisə ilə bağlı araşdırmalar aparılır.