NİGAR İSMAYILZADƏ: ÖLKƏMİZDƏ TURİZM SAHƏSİ ÜÇÜN KADRLARIN HAZIRLANMASINDA ALMAN MODELİ OLAN DUAL TƏTBİQ EDİLİB

Peşə Təhsili üzrə Dövlət Agentliyi olaraq turizm sahəsi üçün kadrların hazırlanmasına 2015-ci ildən başlanılıb. Turizm sahəsi ölkəmiz üçün prioritet olan bir sənayedir və onun inkişafı üçün bir çox tədbirlər həyata keçirilir.

Bunu Bakıda qonaqpərvərlik sahəsində iş axtaranlar üçün karyera günü ilə bağlı təşkil olunmuş tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və İnnovativ layihələr şöbəsinin müdiri Nigar İsmayılzadə deyib.

“Bu sahədə alman peşə təhsili modeli olan dual modelinin tətbiqi, bu istiqamətdə kadrların hazırlanması, eləcə də dövlət özəl sektorlar arasında əməkdaşlığın inkişafı, eyni zamanda, müəllimlərin hazırlanması üzrə bir çox tədbirlər həyata keçirilib”, – deyə N.İsmayılzadə vurğulayıb.