8 noyabr – Zəfər Günü tarixində, Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyindən verilən məlumata görə, Azərbaycan bayrağının fonunda torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, musiqiçilər Rizvan Əliyev və Röya Əliyeva tərəfindən milli mahnılar ifa olunub.
Tədbirdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim, səfirliyin əməkdaşları və ABŞ-da yaşayan icmamınız nümayəndələri iştirak ediblər.