“NETBLOCKS”: İRANDA ARTIQ 12 SAATDIR Kİ, İNTERNET KƏSİLİB

Artıq 12 saatdır ki, İranda əhalinin internetdən istifadəsi səviyyəsi minimum həddə endirilib.

Bu barədə beynəlxalq internet monitorinq xidməti “NetBlocks” məlumat verib.

Xidmətin “Telegram” kanalında verdiyi açıqlamada deyilir: “İran artıq 12 saatdır ki, internet bağlantısı kəsilib, onun sürəti normal səviyyənin təxminən 1 faizinə düşüb”.

Bununla belə, İran rəsmiləri internetlə bağlı heç bir məhdudiyyət elan etməyiblər.

2025-ci il dekabrın 29-da İran rialının kursunun dollara nisbətən kəskin şəkildə düşməsi səbəbindən tacirlər Tehranın mərkəzində etiraz aksiyalarına başlayıblar. “Fars” xəbər agentliyinin məlumatına görə, etiraz edən iş adamları həmkarlarını mağazalarını bağlamağa və hərəkata qoşulmağa çağırıblar. Dekabrın 30-da Tehran universitetlərinin tələbələri iğtişaşlara qoşulublar, bir gün sonra isə bir qrup naməlum şəxs İranın cənubundakı Fars əyalətində Fez şəhər administrasiyasının binasına hücum edib.