
“Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni prezidentinin adına aydınlıq gəlib.
Bu vəzifəyə Fərrux Mahmudov təyin olunub.
Qeyd edək ki, 1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.
F.Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olmuşdur. F.Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, Azerfon MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Evlidir, 3 övladı var.
Xatırladaq ki, bu vəzifədə 2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib. Onun prezidentliyi dövründə klub ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.
