“NEFTÇİ” UEFA KONFRANS LİQASININ ÜÇÜNCÜ TƏSNİFAT MƏRHƏLƏSİNƏ YÜKSƏLİB

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən Kiprin “Aris” klubu ilə “Neftçi” komandası arasında qarşılaşma başa çatıb.

Bakıda keçirilən oyun “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Qodsvey Donyo (38-ci dəqiqə), Eddi İsrafilov (37) və Kenni Sayef (62) vurublar.

Beləliklə, “Neftçi” klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Kiprdə keçirilən ilk oyunda Bakı klubu 0:2 hesabı ilə məğlub olub.