Dünyada baş verən hadisələr fonunda birjalarda neft qiymətləri bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,88 dollar artaraq 109,85 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 4,85 dollar artaraq 108,26 dollar olub.