NAZİRLİK TƏRƏFİNDƏN SATIŞINA BAŞLANACAQ MƏNZİLLƏRİN ONLAYN QAYDADA SEÇİLMƏSİ VƏ ALINMASI QAYDASI 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvarın 23-ü saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.

Nazirlikdən bildiriblər ki, satış elektron portal – ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək və mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.

Həmin mənzillərdən almaq istəyən şəxslər mənzillərlə necə tanış ola, seçə və ala bilər? Bu barədə hazırlanmış tanıtım-izahat məqsədli videoçarxda ətraflı məlumat verilir.