NAZİRLİK ELEKTRON PORTALDA BƏZİ VƏTƏNDAŞLARIN DİPLOM MƏLUMATLARININ ÇIXMAMASINA AYDINLIQ GƏTİRİB

E-hökumət portalında bəzi vətəndaşların diplom məlumatları çıxmır.

Bunu “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Elçin Abiyev deyib.

O bildirib ki, buna səbəb baza məlumatlarının müəyyən illərlə məhdudlaşmasıdır:

“Təəssüf ki, bazadakı məlumatlar bütün illəri əhatə etmir. 30-40 il əvvəli nəzərə alsaq, böyük bazadır. Təkmilləşmə ilə bağlı işlər görülür, lakin vaxt aparır. Bununla bağlı müraciət olanda, yekun bazadan istifadə etməklə vətəndaşlara köməklik göstərilir”.