NAZİRLƏR KABİNETİNİN BİR SIRA QƏRARLARINA ƏLİLLİKLƏ BAĞLI DƏYİŞİKLİKLƏR EDİLİB

2021-ci il 22 iyun tarixli 349-VIQD nömrəli Qanunla bir sıra qanunlarda əlillik dərəcələri ilə bağlı dəyişikliklər edilib.

Nazirlər Kabinetindən bildirilib ki, həmin dəyişikliklərə əsasən “I, II, III dərəcə əlillik” sözləri müvafiq olaraq “orqanizmin funksiyalarının müvafiq olaraq 31-60, 61-80, 81-100 faiz pozulmasına görə əlillik” sözləri ilə əvəz edilib. Həmçinin “sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilib.

Qeyd olunanlarla əlaqədar Nazirlər Kabinetinin bir sıra qərarlarına dəyişiklik edilərək uyğunlaşdırma aparılması zərurəti yaranıb.