NAZİRLƏR KABİNETİ “EZAMİYYƏ XƏRCLƏRİNİN NORMALARI HAQQINDA” QƏRARINDA DƏYİŞİKLİK EDİB

Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında dəyişiklik edib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, mühafizə olunan şəxslərin ölkədaxili səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödəniləcək.