“COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası” nda dəyişiklik olunub.
Trend xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, koronavirus sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə altı ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin bir dozasını aldıqda müddətsiz olacaq.
Qərar 2022-ci il 15 fevral tarixindən qüvvəyə minəcək.
Hazırki qaydalara görə, sözügedən sertifikatın etibarlılıq müddəti müəyyən edilməyib.