NAZİR RƏŞAD NƏBİYEV AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ BİRİNCİ VİTSE-PREZİDENTİ İLƏ GÖRÜŞÜB

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələr barədə danışılıb.

Həmin layihələrin maliyyələşməsində Bankın mümkün iştirakı məsələsi müzakirə olunub.