NAZİR MÜAVİNİ: XOCALIDA BÜTÜN MƏKTƏBLƏR DAĞIDILIB

Xocalıda işğaldan əvvəl 14 məktəb fəaliyyət göstərirdi, ermənilər hamısını dağıdıb.

Bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

“Təəssüflər olsun ki, Xocalıda bütün infrastruktur dağıdılıb. Qəbiristanlıqda olan abidələr, tarixi abidələrimiz dağıdılıb. Bütün bunlar ermənilərin iç üzünü, niyyətini göstərir” – deyə nazir müavini bildirib.