NAZİR MÜAVİNİ: TÜRKİYƏDƏ KEÇİRİLƏN “TEKNOFEST”DƏ AZƏRBAYCANDAN 16 KOMANDA İŞTİRAK EDİR

Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest”də Azərbaycandan 16 komanda iştirak edir.

Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.

Nazir müavini qeyd edib ki, həmin komandalar “Teknofest Azərbaycan”da qalib olan komandalardır:

“Bu gün burada onların texnoloji həllərinə çox böyük bir maraq var. Azərbaycanda keçirilən “Teknofest”dən sonra bizə saysız müraciət edildi və əmin olduq ki, gənclərimiz seçimlərini artıq texnologiya sahəsində edirlər”.