Azərbaycanla sərhəd olan ölkələrdə artıq “omikron” ştammı aşkarlanıb.
Bunu Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Operativ Qərargahın növbəti brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisinə “omikron”un daxil olması və yayılması zamana bağlı məsələdir.
“Hazırda məhdudlaşdırıcı tədbirlərə ehtiyac yoxdur. Lakin ştamm peyda olunsa və yayılmağa başlanılsa, müəyyən məhdudlaşdırıcı tədbirlərə əl atmalı olacağıq”, – deyə o qeyd edib.