
Azərbaycanda gənclər siyasətinin ideoloji əsasları Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Milli Məclisdə keçirilən “Heydər Əliyev – müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı dinləmədə deyib.
O qeyd edib ki, Ulu öndər ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdə yaratdığı ilk qrumlardan biri Gənclər və İdman Nazirliyi oldu.
“Bu qurumun yaradılmasının vacibliyini Vətən müharibəsi zaman gördük. Nazirliyin yaranmasının əsas məqsədi Vətəninə, dövlətinə sadiq gənc nəslin yetirişdirilməsi olub.
Sonradan Gənclər gününün təsis edilməsi, gənclər qurultayının keçirilməsi və digər tədbirlər gənclərin inkişafına mühüm töhfə verib.
Cənab Prezident İlham Əliyev gənclər siyasətini uğura davam etdirir. 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasətinin infrastrukturu yaradılmağa başladı. Gənclər Fondunun yadarılması, Milli Məclisdə Gənclər və idman komitəsinin yaradılması, idman infrastrukturunun yaradılması Azərbaycanda sağlam gəncliyin yetirişdirilməsinə imkan verir. Azərbaycan dövləti öz gəncinin arxasındadır”, – deyə o əlavə edib.