NAXÇIVANDA ÜMUMMİLLİ LİDERİN 100 İLLİYİ İLƏ BAĞLI SEMİNAR TƏŞKİL EDİLƏCƏK

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar noyabrın 29-30-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasında seminar keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, deputat Ceyhun Məmmədovun da iştirak edəcəyi “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi – 100” adlı seminarda Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə multikulturalizmin inkişafı sahəsində həyata keçirilmiş işlər barədə fikir mübadiləsi aparılacaq.