Müdafiə Nazirliyi hərbi qulluqçunun qeyri-döyüş şəraitində həlak olması ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumatda qeyd edilir:
“Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçumuz əsgər Həsənov Nurlan Eldar oğlunun dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olması faktını təsdiq edirik”.
Bildirilir ki, faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.