NAXÇIVANA YENİ FÖVQƏLADƏ HALLAR NAZİRİ TƏYİN OLUNUB

Naxçıvan Muxtar Respublikasına yeni fövqəladə hallar naziri təyin olunub.

“Nuhçıxan” xəbər verir ki, müvafiq sərəncamla general-leytenant Şamı Abdullayev Naxçıvanın fövqəladə hallar naziri vəzifəsindən azad edilib

Onun yerinə polkovnik Şahin Mirzəyev təyin edilib.

Yeni naziri kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov təqdim ediblər.