
Naxçıvan polisi avtomobil yollarında hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır.
Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Dövlət Yol Polisi (DYP) İdarəsi muxtar respublika ərazisində qarlı hava şəraiti ilə əlaqədar sürücülərə ehtiyatlı olmağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, piyadalara qarşı diqqətli olmağı, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən istifadə etməməyi, piyadalara isə səkilərlə hərəkət etməyi, qarşıdan-qarşıya keçərkən mütləq piyada keçidlərindən və piyada zolaqlarından istifadə etmələrini tövsiyə edib.